İDMAN


Boksçularımız Macarıstanda güclərini sınayacaqlar

Boksçularımız Macarıstanda güclərini sınayacaqlar

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 7-də Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

AZƏRTAC Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, beş gün davam edəcək yarışda milli komandamız da mübarizə aparacaq.

Yığmamız Debretsendə İlham Əlimzanov və Zaur Məmmədovun rəhbərliyi altında 8 boksçu ilə təmsil olunacaq. Yarışda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Nicat Hüseynov (51 kq), Əzrək Bəbirov (57 kq), Cəlal Qurbanov (63,5), Rəşid Həsənov (71 kq), Kamran Şahsuvarlı (80 kq) və Eldar Quliyev (86 kq) rinqə çıxacaqlar.

Turnirdə Elxan Quliyev isə referilər sırasında yer alacaq.

Bu gün Macarıstana yollanan komandamız fevralın 12-də Bakıya qayıdacaq.

Qeyd edək ki, yarışda 26 ölkədən 352 (227 kişi, 125 qadın) boksçunun iştirakı gözlənilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.