ELM VƏ TƏHSİL


Boş qalan yerlər üçün lisey seçimi mərhələsinə start verilir

Bakı, 19 avqust, AZƏRTAC

Mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün lisey seçimi mərhələsinə start verilir.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, II mərhələ üçün proses avqustun 19-da saat 11:00-da başlayır və avqustun 22-si saat 17:00-da başa çatır. Bu mərhələdə ümumilikdə 8 min 859 şagird iştirak hüququ əldə edib:

- Birinci mərhələdə seçim etməyən şagirdlər;

- Birinci mərhələdə seçim edib qəbul olmayan şagirdlər.

Boş qalan yerlərə lisey seçimi etmək üçün elektron xidmət portalında (https://sy.edu.az/login) “Şəxsi kabinet”ə daxil olaraq “İmtahanlar” bölməsinə keçid edilməli və istəyə uyğun olaraq bir və ya iki seçim edilməlidir. Daha sonra seçimlər yadda saxlanılmalıdır. Avqustun 22-dək seçimlərin ardıcıllığı dəyişdirilə, yaxud silinə bilər. Şagird qəbul olduğu halda avtomatik sorğu yaradılacaq. Daha sonra şagirdin şəxsi işləri valideyn tərəfindən ötən tədris ilində təhsil aldığı məktəbdən təhvil alınaraq qəbul olduğu ümumtəhsil müəssisəsinə təhvil verilməlidir.

Mərkəzi imtahan keçirilən liseylər üzrə boş qalan yerlərin siyahısı Təhsil İnstitutunun saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.