CƏMİYYƏT


Böyüklərin qızılca-məxmərəyə qarşı peyvənd edilməsi üçün ölkəmizə vaksinlər gətiriləcək

Bakı, 19 yanvar, AZƏRTAC

Uzun illərdir ki, Avropa ölkələrində qızılcanın yayılması prosesi davam edir. Qonşu Gürcüstanda da qızılcaya yoluxanların sayı artıb. Əhali arasında peyvənd aparılması bu sahədə böyük profilaktiki əhəmiyyət daşıyır. Ona görə də peyvənd aparılması çox mühüm məsələdir.

Bu fikirləri AZƏRTAC-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, Avropa ölkələrində qızılca xəstəliyinə yoluxanlarının sayının həddindən artıq olmasını nəzərə alaraq, böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə vaksin gətirilməsi nəzərdə tutulur. Artıq Səhiyyə Nazirliyi UNICEF-ə 106 min doza vaksinin ölkəyə gətirilməsi üçün sifariş verib. Vaksinlər böyüklərin immunizasiyası üçün istifadə edilləcək.

Direktor müavini bildirib ki, vaksinlər ölkəmizə gətirildikdən sonra nazirliyin əmrinə müvafiq olaraq, 18 yaşdan yuxarı şəxslər ərazi poliklinikalarına müraciət edərək peyvənd oluna bilərlər. Vaksinlərin martın sonu-aprelin əvvəlində Azərbaycana gətirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ölkəmizdə uşaqlar arasında bu xəstəliyə təsadüf edilmir, bununla belə onların immunizasiyası üçün kifayət qədər vaksin var. Xəstəliyə tək-tək hallarda yalnız böyüklər arasında rast gəlmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.