DÜNYA
Britaniyada 100 yaşı haqlayan insanların sayı rekord səviyyəyə çatıb
Bakı, 29sentyabr, AZƏRTAC
Britaniyanın Milli Statistika Bürosunun məlumatına əsasən 100 yaşa qədər ömür sürən vətəndaşların sayında rekord müəyyən olunub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2015-ci ildə 100 ildən çox yaşayan insanların sayı 14 min 570 nəfərə çatıb. Onlardan 850 nəfərinin yaşı 105-dən çoxdur. Keçən ilin məlumatına görə, Britaniyanın yarım milyon sakini 90 illik yubileyini qeyd edib.
Son 10 ildə 100 yaşı haqlayan britaniyalıların sayında 60 faiz artım müşahidə olunub.
Məlumata əsasən, qadınlar ənənəvi olaraq kişilərdən çox yaşayır. Milli Statistika Bürosunun proqnozuna görə, 2013-2015-ci illər arasında anadan olan qız uşaqları orta hesabla 82 il, oğlan uşaqları isə 79 ilədək ömür sürəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]