ELM VƏ TƏHSİL
Bu gün 20 nəfər TOEFL iBT imtahanı verib
Bakı, 12 fevral, AZƏRTAC
Fevralin 12-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunan imtahanda 20 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunub.
Növbəti TOEFL iBT imtahanının fevralın 19-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında müvafiq linkdə yerləşdirilib.