ELM VƏ TƏHSİL
Bu həftə 19 mindən çox şagird buraxılış imtahanı verəcək
Bakı, 22 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 24-də və 25-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iyunun 24-də keçiriləcək imtahanlarda 8712, iyunun 25-də keçiriləcək imtahanlarda isə 10519 nəfər olmaqla, ümumilikdə 19231 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzi bir daha xatırladır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq olunduğu üçün həmin şəhər və rayonlarda iyunun 24-də və 25-də imtahanlar keçirilməyəcək. Qeyd olunan şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [18:19]
Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər
- 10.05.2024 [18:02]
Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”
- 10.05.2024 [18:01]
MDU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
- 10.05.2024 [17:52]
BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib
- 10.05.2024 [17:32]
Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri”
- 10.05.2024 [16:27]
Mikrobiologiya İnstitutunda Ulu Öndərə həsr edilmiş tədbir keçirilib
- 10.05.2024 [16:10]