DÜNYA


Bu ilin üç ayında Gürcüstanda daha 106 nəfər HİV virusuna yoluxub

Bu ilin üç ayında Gürcüstanda daha 106 nəfər HİV virusuna yoluxub

Tbilisi, 25 mart, AZƏRTAC

Bu il yanvarın 1-dən martın 25-dək Gürcüstanda daha 106 nəfər HİV virusuna yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın QİÇS və İnfeksion Patologiya, Kliniki İmmunologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə indiyədək Gürcüstanda 9268 HİV xəstəsi qeydə alınıb.

Onlardan da 6917-si kişilər, 2351-i isə qadınlardır. Pasiyentlərin böyük əksəriyyəti 29-39 yaş arasında olan insanlardır.

Xəstələrin 4645 nəfərində QİÇS inkişaf edib və onların da 1956-sı artıq dünyasını dəyişib.

İlin əvvəlindən bu günədək isə 41 QİÇS/HİV xəstəsi ölüb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.