Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

ÇARLZ UOLD: ABŞ AZƏRBAYCANLA HƏRBİ SAHƏDƏ ƏMƏKDAŞLIĞIN YÜKSƏK SƏVİYYƏYƏ QALXMASINI ARZULAYIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN AVROPA KOMANDANLIĞININ QƏRARGAH RƏİSİNİN MÜAVİNİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Prezident sarayında ABŞ-ın Avropa Komandanlığının Qərargah rəisinin müavini general Çarlz Uoldun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Prezident İLHAM ƏLİYEV qonaqları səmimiyyətlə qarşılayaraq dedi:

-Hörmətli cənab general!

Hörmətli qonaqlar, mən sizin hamınızı ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Amerika Birləşmiş Ştatları ilə münasibətlərimiz sürətlə inkişaf edir. Bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və əminəm ki, bu əməkdaşlıq gələcəkdə də davam edəcəkdir. İqtisadi sahədə, energetika sektorunda ölkələrimiz arasında münasibətlər dünya və region üçün böyük əhəmiyyət kəsb edir. Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə regionda irimiqyaslı, region və dünya üçün böyük əhəmiyyətə malik layihələr həyata keçirilir.

Eyni zamanda, hərbi sahədə də əməkdaşlığımız çox uğurludur. Azərbaycan Amerika Birləşmiş Ştatları ilə bir koalisiyada dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında iştirak edir. Xüsusilə terrorizmə qarşı mübarizədə ölkələrimiz fəal əməkdaşlıq edir və bu, gələcəkdə də davam edəcəkdir. Azərbaycan terrorizmdən zərər çəkmiş bir ölkədir. Ölkəmizin ərazisində erməni terrorçu təşkilatları tərəfindən 30-dan çox terror aktı törədilmişdir və bunun nəticəsində 2000-dən yuxarı Azərbaycan vətəndaşı həlak olmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ümumilikdə region üçün böyük təhlükədir. Biz ümidvarıq ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatları bu münaqişənin həll olunmasında gələcəkdə də fəal rol oynayacaq və tezliklə bu problem beynəlxalq hüquq normaları əsasında öz həllini tapacaqdır.

Bir daha Sizi ürəkdən salamlayıram. Əminəm ki, burada keçirdiyiniz görüşlər ölkələrimiz arasında mövcud olan dostluq və mehribanlıq münasibətlərini, ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək və inkişaf etdirəcəkdir.

Səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən general ÇARLZ UOLD dedi:

-Cənab Prezident, çox sağ olun. Vaxt ayırıb bizimlə görüşməyiniz bizim üçün başucalığıdır. Bu yaxınlarda seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi təbrik edirəm. Həm Avropa Komandanlığının Qərargah rəisi general Consonun adından, həm də öz adımdan Sizin atanızın tezliklə sağalmasını arzu edirik.

Mən Amerika Birləşmiş Ştatlarının hərbi komandanlığının xüsusi minnətdarlığını Sizə çatdırıram. Çox sağ olun ki, həm Balkanlarda, həm Əfqanıstanda, həm də İraqda əməliyyatlar zamanı sizin hərbçilər bizimlə birlikdə çalışmışlar. Ümidvarıq ki, bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcəkdir. Əlbəttə, Sizinlə tam razıyıq ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə və beynəlxalq hüquq normaları əsasında tezliklə həll olunmalıdır.

Biz ölkələrimizin hərbi qüvvələri arasında əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasını arzulayırıq. Sizin nazirinizlə bu haqda daim söhbətlərimiz olur. Bu söhbətlər, əsas etibarilə, regional və Xəzər dənizindəki təhlükəsizlik mövzusunda olur.

Cənab Prezident, biz tezliklə Azərbaycana hərbi sahədə yardım etməyi düşünürük. Elə başa düşürəm ki, bizim edəcəyimiz yardım regional təhlükəsizlik baxımından çox əhəmiyyətli olacaqdır. Yəqin Sizə məlumdur ki, Amerika Birləşmiş Ştatları Qazaxıstanda bu cür təşəbbüs göstəribdir. Eynilə Azərbaycana da bu yardımı etmək fikrindəyik. Biz, ilk növbədə, Xəzər dənizinin və ümumiyyətlə, regionun təhlükəsizliyini nəzərdə tuturuq. Düşünürəm ki, həm hökumət, həm də hərbi sahə bununla çox maraqlanır. Bu, bir model olacaqdır. Həmin modelə əsasən, biz Xəzər dənizində həm suüstü, həm sualtı məkana, həm də ki, hava məkanına eyni vaxtda nəzarət edə biləcəyik. Lazımi anda oradan yüksək komandanlığa məlumat çatdırılacaqdır. Düşünürəm ki, bu həm regionun, həm də dünyanın təhlükəsizliyi üçün vacib bir modeldir. Biz yanvar ayında bu işə başlamağı nəzərdə tutmuşuq.

Siz yəqin ki, digər bir proqramdan da xəbərdarsınız. Biz Gürcüstanda belə bir proqram həyata keçirmişdik. Bu proqram ”Gürcüstan treninq və təchizat ” proqramı adlanır. Həmin proqrama əsasən, biz Gürcüstanda işləmişik. Daha sonra isə onların müdafiə naziri bizim müdafiə nazirimiz cənab Ramsfeldə məktubla müraciət etmişdi. Bu əməkdaşlıq daha da genişlənəcəkdir. Ümumiyyətlə, bu proqram dünyada əhəmiyyət kəsb etməyə başlayan ölkələr üçün nəzərdə tutulmuşdur. Azərbaycanın da bu mənada rolu çox böyükdür. Elə hesab edirik ki, biz Sizinlə bu sahədə də əməkdaşlıq edəcəyik.

Bizimlə görüşə vaxt ayırdığınıza görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi bir daha təbrik edirəm və ölkənizə ən xoş arzularımı yetirmək istəyirəm. Ümidvar olmaq istədiyimi bildirirəm ki, Sizin liderliyinizlə ölkənizdə yeni dövr başlanacaqdır. Bu dövrdə münasibətlərimiz də yüksək səviyyədə olacaqdır.

İLHAM ƏLİYEV: Təşəkkür edirəm, xoş sözlərinizə görə sizə minnətdaram. Siz düzgün qeyd etdiniz ki, Azərbaycan Amerika Birləşmiş Ştatları ilə hərbi sahədə əməkdaşlıq edir. Azərbaycan etibarlı tərəfdaşdır. Balkanlarda, Əfqanıstanda, İraqda bizim əməkdaşlığımız davam edir və bilirsiniz ki, bu, bizim Prezidentimiz Heydər Əliyevin siyasətidir. Azərbaycanda bu siyasət davam etdiriləcəkdir.

Bildiyiniz kimi, regionda sabitlik, təhlükəsizlik tam mənada bərqərar olunmayıbdır. Buna görə də Azərbaycan öz müdafiə potensialını gücləndirmək əzmindədir. Əlbəttə ki, bu baxımdan ikitərəfli əməkdaşlıq və gələcəkdə göstəriləcək yardımlar bizim üçün çox əhəmiyyətlidir.

X X X

Görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və ABŞ-ın respublikamızdakı səfiri Rino Harniş iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb