ELM VƏ TƏHSİL
ÇİNGİZ AYTMATOV MOSKVA DÖVLƏT UNİVERSİTETİNİN FƏXRİ PROFESSORUDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dünya şöhrətli qırğız yazıçısı və ictimai xadimi Çingiz Aytmatov Moskva Dövlət Universitetinin fəxri professoru olmuşdur. Bu ad ona fevralın 19-da Elmi şuranın təntənəli iclasında verilmişdir.
Universitetin rektoru Viktor Sadovniçi diplomu və medalı yazıçıya təqdim edərək demişdir ki, Çingiz Aytmatov bütün əsərlərində dünyaya baxışın kosmik miqyaslı mütəfəkkiri kimi görünür.
Yazıçı çıxışında bildirmişdir ki, bu yüksək ada layiq görülmək onun üçün, həqiqətən, böyük hadisədir. MDU-nun cahanşümul əhəmiyyəti sarsılmazdır və o, dünyanın intellektual məbədi olaraq qalır. Məhz burada elmdə cığır açan alimlər mühiti formalaşır, ənənələr və novatorluq təşəkkül tapır.