ELM VƏ TƏHSİL


“Çağırışaqədərki hazırlıq müəlliminə mentor dəstəyi” layihəsinə yekun vurulub

Bakı, 5 sentyabr, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində icra edilən “Çağırışaqədərki hazırlıq müəlliminə mentor dəstəyi” layihəsinin yekun-hesabat və təltifetmə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər Təhsil Şöbəsində keçirilən tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Sumqayıt şəhər İnternat tipli Gimnaziyanın Çağırışaqədərki hazırlıq rəhbəri Vasif Ramazanov layihənin məqsədi və vəzifələri, görülmüş işlər, gözlənilən nəticələr barədə iştirakçılara məlumat verib.

Bildirilib ki, layihənin məqsədi Sumqayıt şəhərinin çağırışaqədərki hazırlıq müəllimlərinə müasir təhsilin və cəmiyyətin tələbləri ilə uyğunlaşması üçün geniş spektrli pedaqoji mentor dəstəyinin təmin edilməsidir.

Sonra layihə çərçivəsində GÇH və İKT üzrə mentor dəstəyi təlimləri keçmiş müəllimlərə sertifikatlar təqdim edilib. Layihə çərçivəsində elan olunmuş daxili müsabiqə nəticələrinə görə “Ən yaxşı elektron dərs” nominasiyasının qalibləri diplomlarla təltif olunub. Layihənin icrası zamanı dəstək göstərmiş şəxslərə təşəkkürnamələr verilib.

Layihə çərçivəsində çap olunmuş çağırışaqədərki hazırlıq fənni üzrə metodik vəsait və layihənin saytı iştirakçılara təqdim edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.