DÜNYA


Çexiyada barokko üslubunda tikilmiş qəsr yanıb

Praqa, 21 avqust, AZƏRTAC

Trutnov şəhəri yaxınlığında Horni Marşov kəndində barokko üslubunda tikilmiş qəsr yanıb. Yanğının səbəbləri sırasında əsas versiya onun qəsdən törədilməsi haqqındadır.

AZƏRTAC xəbər verir ki, yanğının maddi zərəri 5 milyon kron (200 min avro) dəyərində qiymətləndirilir.

1792-ci ildə barokko üslubunda ucaldılmış bu qəsr indiyədək bir neçə dəfə yenidən qurulub. Ötən əsrin 50-ci illərindən başlayaraq dövlətin nəzarətində olub. 1991-ci ildə Horni Marşov yaşayış məntəqəsi onun mülkiyyətçisinə çevrilib. 1994-cü ildə qəsri rusiyalı alıb, sonra onu “Sagna” şirkətinə satıb. Şirkət inişil qəsri 22 milyon krona satışa çıxarıb.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.