DÜNYA


Çində bu il 11 milyon yeni iş yeri açılacaq

Pekin, 15 mart, AZƏRTAC

Cari il ərzində Çində 11 milyon yeni iş yeri açılacaq.

AZƏRTAC xəbər verir ki, bunu Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyasının başa çatması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib. Dövlət Şurasının sədri əmin olduğunu bildirib ki, hökumət bu hədəfin öhdəsindən gələ biləcək. Ötən il 13 milyondan çox yeni iş yerinin açıldığını xatırladan Li Keçyan əlavə edib ki, məşğulluğun təminatı məsələsində, ilk növbədə, ali və orta-ixtisas təhsilli gənclərə üstünlük veriləcək.

Çin rəsmisi hökumətin yeni iş yerlərinin açılması üçün özəl sektora dəstək verəcəyini, yeni startapları və innovasiyaları təşviq edəcəyini bildirib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.