DÜNYA


Çindən xaricə turist qrupları göndərilməsi dayandırılır

Bakı, 25 yanvar, AZƏRTAC

Çinin hakimiyyət orqanları koronavirusun yayılmasının qarşısını almaq üzrə tədbirlər çərçivəsində xaricə turist qrupları göndərilməsini dayandırmağı qərara alıb.

AZƏRTAC CGTN telekanalına istinadla xəbər verir ki, turist qruplarının uçuşları yanvarın 27-dən dayandıracaq. Artıq bazar günündən etibarən turizm agentləri vasitəsilə aviabiletlər almaq və xaricdə otel sifariş etmək mümkün olmayacaq.

Son məlumatlara görə, Çində “Uxan” koronavirusuna yoluxanların sayı 1370 nəfərə çatıb. Bundan başqa, ÇXR hüdudlarından kənarda 28 yoluxma hadisəsi qeydə alınıb. Virusdan 41 ölüm halının hamısı Çində baş verib.

Xatırladaq ki, dekabrın sonlarında Xubey vilayətinin Uxan şəhərində sətəlcəm baş qaldırıb. Sonradan xəstəliyə koronavirusun indiyədək görünməmiş növünün səbəb olduğu aydınlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.