DÜNYA


Çinin “BeiDou-3” naviqasiya sistemi üzrə daha bir peyk orbitə çıxarılıb VİDEO

Şanxay, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Çinin milli naviqasiya sistemi olan “BeiDou”nun 3-cü nəsli üzrə daha bir peyk orbitə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, peyk yerli vaxtla saat 1:43-də Sıçuan vilayətindəki Siçanq kosmik mərkəzindən “Long March-3B” raketdaşıyıcısı ilə buraxılıb. Bu, “BeiDou” naviqasiya sisteminin 49-cu peyki, “Long March” raketdaşıyıcısının isə 317-ci buraxılışı olub.

Peyk və raketdaşıyıcını Çin Kosmik Texnologiyalar Akademiyası, Çin Aerokosmik Elm və Texnika Korporasiyasının (CASC) alim və mütəxəssisləri hazırlayıblar.

Qeyd edək ki, 2011-ci ilin dekabrında kommersiya istifadəsinə verilən “BeiDou” peyk sistemi 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlərin göstərilməsinə başlayıb. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. “BeiDou” sistemi dünyada GPS (ABŞ), “GLONASS” (Rusiya) və “Galileo”dan (“Avropa İttifaqı) sonra 4-cü naviqasiya sistemidir. Orbitdə “BeiDou” sisteminin formalaşdırılmasının 2020-ci ildə başa çatdırılması planlaşdırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Şanxay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.