İDMAN
Cahangir Babayev Tokio Olimpiadasında hakimlik edəcək
Bakı, 12 may, AZƏRTAC
Avropa Karate Federasiyası hakimlər komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.
Milli Karate Federasiyasının media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmovun AZƏRTAC-a verdiyi məlumata görə, azərbaycanlı beynəlxalq hakimin fəaliyyətinə yüksək dəyər verən Dünya Karate Federasiyasının (WKF) hakimlər komitəsi bu barədə qərar qəbul edib.
Xatırladaq ki, Azərbaycan Milli Karate Federasiyası hakimlər komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, Əməkdar məşqçi, Cahangir Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi" seçilib.
O, həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda 1-ci Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə C.Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı" ilə təltif edilib.
Məşqçi kimi onun yetirmələri arasında dünya və Avropa çempionatlarının, Avropa və İslam Həmrəyliyi Oyunlarının qalib və mükafatçıları var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]