Tərtər sakini narkotikə görə həbs olunub
Tərtər, 7 fevral, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Mehdiyev tutulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onun üzərinə baxış zamanı külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə R.Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [09:28]
Ağstafa rayonu Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib
- 04.06.2026 [22:21]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]