"Mançester Yunayted"dən ardıcıl 4-cü qələbə, "Qarabağ"ın rəqibi evdə uduzub
Bakı, 8 fevral, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında XXV turun daha 7 oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Mançester Yunayted" doğma meydanda "Tottenhem"i 2 cavabsız qolla məğlub edib. Bu, Maykl Kerrikin baş məşqçi təyin olunmasından sonra "qırmızı şeytanlar"ın ardıcıl 4-cü qələbəsi olub.
Lider "Arsenal" evdə "Sanderlənd"ə 3:0, "Çelsi" isə səfərdə "Vulverhempton"a 3:1 hesabı ilə qalib gəlib.
Bundan başqa, "Everton" "Fulhem"i 2:1, "Vest Hem" "Börnli"ni 2:0 hesabı ilə üstələyib, "Bornmut" - "Aston Villa" görüşündə heç-heçə qeydə alınıb - 1:1.
"Qarabağ"ın UEFA Çempionar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" isə evdə "Brentford"a 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Premyer Liqada XXV tura fevralın 8-də keçiriləcək "Brayton" - "Kristal Pelas" və "Liverpul" - "Mançester Siti" oyunları ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]