Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

®  “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi, milli biznesin beynəlxalq arenada mövqelərinin daha da möhkəmləndirilməsi, ixrac potensialının qlobal bazarlarda daha effektiv təşviqi, eləcə də ölkənin ixrac-idxal əməliyyatlarında fəal iştirak edən xarici şirkətlər və investorlar üçün nəzərdə tutulan “AZEXIM CLUB” platforması rəsmi olaraq fəaliyyətə başlayıb. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Caspian Energy Club”, Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) və Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi tərəfindən birgə təsis edilmiş “AZEXIM CLUB” Azərbaycanın iqtisadi göstəricilərinə görə aparıcı 50 holdinq və şirkətlər qrupunu (TOP-50) beynəlxalq bazarlarda sistemli şəkildə təmsil olunmasını təmin edəcək. Klub üzvlərinin xarici tərəfdaşlarla əlaqələrinin genişləndirilməsi, yeni investisiya imkanlarının yaradılması, ixrac və idxal fəaliyyətinin dəstəklənməsi, eləcə də qlobal biznes şəbəkələrinə inteqrasiyasının sürətləndirilməsi layihənin əsas prioritetləri sırasında yer alır.

“AZEXIM CLUB” ölkədə beynəlxalq ticarət əlaqələrinin inkişaf etdirilməsi, idxal-ixrac fəaliyyəti ilə məşğul olan holdinq və şirkətlər qruplarının xarici investisiyalara, əlavə maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, eləcə də etibarlı beynəlxalq tərəfdaşlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində aktiv fəaliyyət göstərəcək.

Həm Azərbaycanda, həm də xarici ölkələrdə ticarət şəbəkələri iri holdinq və şirkətlər qrupları tərəfindən idarə olunur. “AZEXIM CLUB” üzvlərinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən və Azərbaycan bazarına daxil olmaq istəyən aparıcı istehsalçılar, distribütorlar və pərakəndə satış şəbəkələri ilə birbaşa əlaqələrinin qurulmasına xüsusi diqqət yetiriləcək. Bu məqsədlə xaricdə istehsal olunan, yüksək keyfiyyət göstəricilərinə və beynəlxalq standartlara cavab verən qida, FMCG və digər məhsul kateqoriyaları üzrə istehsalçılarla “AZEXIM CLUB” üzvləri arasında B2B görüşlərin təşkili nəzərdə tutulur”, - deyə Telman Əliyev bildirib.

Telman Əliyev, həmçinin əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən yerli istehsalçıların məhsullarının beynəlxalq bazarlara çıxışının dəstəklənməsi məqsədilə onların xarici ölkələrin iri ticarət şəbəkələrinin sahibləri, top-menecerləri və satınalma qərarlarını verən rəhbər şəxsləri ilə görüşlərinin təşkili təmin ediləcək.

“AZEXIM CLUB”ın fəaliyyət konsepsiyası yalnız ənənəvi biznes tədbirlərinin təşkili ilə məhdudlaşmayacaq. Platforma üzv şirkətlər üçün yüksəksəviyyəli beynəlxalq dialoq imkanları yaradaraq, “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi ölkələrdə dövlət başçıları və hökumət rəhbərləri ilə görüşlərin təşkilini də nəzərdə tutur”, -deyə Telman Əliyev qeyd edib.

Həmçinin “AZEXIM CLUB”a daxil olan və müxtəlif ölkələrdə keçiriləcək beynəlxalq “AZEXIM FORUM” çərçivəsində hökumət nümayəndələri, region və şəhərlərin birinci şəxsləri, beynəlxalq təşkilatların rəhbərlərinin, transmilli şirkətlərin, dövlət və özəl holdinqlərin rəhbərləri ilə B2B görüşlərin, dəyirmi masaların və ikitərəfli işgüzar görüşlərin təşkili də planlaşdırılır.

Qeyd edək ki, “AZEXIM CLUB”a üzvlük yalnız “Caspian Energy Club”ın “DİAMOND” və “PLATINUM” statuslu holdinq və şirkətlər qrupları üçün nəzərdə tutulub.

“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən “Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırıla bilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Qanunda təklif olunan dəyişikliklər barədə azyaşlılar düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

Fərid Pərdəşünas: Mənfi halların qarşısını almaq üçün yeni qanun layihəsinin qəbulu vacibdir

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib

Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

Azərbaycanda dağınıq skleroz üzrə aparılan tədqiqatlar Türkiyədə təqdim edilib

FIFA prezidenti: Los-Ancelesə dünya çempionatında “xoşbəxt barbarlar” axın edəcəklər

® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

® “Expressbank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”nın rəsmi tərəfdaşıdır

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları: məzunlara elektron şəhadətnamə veriləcək

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub

İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb

Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

Şimali Kipr universitetlərinə daxil olmaq istəyən azərbaycanlı abituriyentlərə tövsiyə

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib

Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

Azərbaycan parataekvondoçusu: Qazandığım qızıl medallar sayəsində dünya reytinqində ikinci yerə yüksəldim

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir

Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub VİDEO

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub VİDEO

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb