İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai Televiziyaya (İTV) və AZƏRTAC-a xüsusi müsahibə verib. Nazir müsahibədə Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti, inkişaf potensialı, ÜDM, qeyri-neft sektorunun və müxtəlif sənaye sahələrinin inkişafı, süni intellektin tətbiqi, Qarabağın və Şərqi Zəngəzurun hazırda Azərbaycanın iqtisadi həyatına geri qaytarılması prosesi, sahibkarlığın inkişafı üçün atılan addımlar və digər istiqamətlər üzrə sualları cavablandırıb.
Müsahibəni bu gün saat 22:00-dan İTV-də və AZƏRTAC-da izləyə bilərsiniz.