Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

Bakı, 10 iyun, AZƏRTAC

AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə İsmayıllı rayonunda Qafqaz Albaniyasının etnomədəni irsinin öyrənilməsinə yönəlmiş yeni antropoloji tədqiqatlara başlanılıb. Ekspedisiyaya tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva rəhbərlik edir. O, UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri və AMEA-nın aparıcı elmi işçisidir.

Professor Məhəbbət Paşayeva Azərbaycanın etnoqrafiyası, multikulturalizm tarixi və Qafqaz Albaniyasının maddi-mədəni irsi ilə bağlı fundamental araşdırmaların müəllifi kimi tanınır. O, daha əvvəl Qarabağ və Şərqi Zəngəzurda alban irsinin tədqiqi istiqamətində uğurlu elmi layihələr həyata keçirib.

Professor Məhəbbət Paşayeva AZƏRTAC-a müsahibəsində aparılan tədqiqatlar və əldə olunan ilkin nəticələr barədə məlumat verib.

-Məhəbbət xanım, bu ekspedisiyanın əsas məqsədi və gözlənilən nəticələri nələrdir?

Əsas məqsədimiz Qafqaz Albaniyasının etnomədəni irsinin müasir etnososial mühitdə, yerli əhalinin adət-ənənələrində və məişətində qorunub saxlanılan canlı izlərini kompleks şəkildə tədqiq etməkdir. İlk növbədə, İsmayıllı bölgəsində alban tayfalarının antropoloji davamlılığını elmi şəkildə izləməyi hədəfləyirik. Xüsusilə müasir dövrdə demoqrafik azalmanın müşahidə olunduğu bəzi qədim kəndlərin tədqiqinə daha çox yer veririk. Məqsədimiz tarixlə bu günümüz arasındakı mədəni varislik bağlarını bərpa etməkdir. İnanırıq ki, toplanan yeni antropoloji materiallar alban etnomədəni irsinin öyrənilməsinə mühüm töhfələr verəcək.

– Niyə məhz İsmayıllı? Bu bölgənin Qafqaz Albaniyası tarixi və yerli əhalinin antropoloji kökləri baxımından əhəmiyyəti nədir?

– Müasir İsmayıllı rayonu zəngin etnik tərkibi, qədim ənənələri və multikultural həyat tərzi ilə seçilən bir bölgədir. Bura tarixən Qafqaz Albaniyasının həm mərkəzi (Qəbələ), həm də strateji önəm daşıyan Girdiman və Lpinya vilayətlərini əhatə edib. Məhz bu səbəbdən İsmayıllı alban etnomədəni və dini irsinin tarixi davamlılığını izləmək üçün bizə zəngin materiallar və yeni elmi perspektivlər təqdim edir.

Bölgə, xüsusilə erkən orta əsrlərdən bəri alban-türk ortaq mədəniyyətinin mühüm arealı olub. Ən diqqətçəkən məqamlardan biri budur ki, xristianlıq rəsmi dövlət dini statusunu itirdikdən sonra da İsmayıllıda alban xristian ənənələri yaşamağa davam edib. Ərazidə orta əsrlər boyu fəaliyyət göstərmiş və günümüzə qədər gəlib çatmış alban kilsələri ilə xristian qəbirləri bu tarixi varlığın canlı sübutudur.

Məhz bu səbəbdən İsmayıllıda alban izlərini araşdırmaq elmi baxımdan çox vacibdir. Xüsusilə Gənzə, Qalagah, Tubukənd, Qalacıq, İstisu, Mollaisaklı, Hacıhətəmli, Qoşakənd və Sülüt kimi qədim kəndlərin maddi mədəniyyəti elmə çox önəmli faktlar qazandırır.

– Hazırda ekspedisiya çərçivəsində görülən işlər və tətbiq olunan elmi metodlar barədə nə deyə bilərsiniz?

– Ekspedisiyamız çoxşaxəli elmi fəaliyyət planına malikdir və biz prosesə sırf multidisiplinar elmi metodlarla yanaşırıq. Hazırda sistemli çöl tədqiqatları ilə İsmayıllı rayonunun bir sıra qədim yaşayış məskənlərində sahə müşahidələri aparırıq. Vizual antropoloji və müqayisəli qarşılaşdırmalarla qədim xristian nekropollarındakı qəbir daşlarının, məbəd qalıqlarının və inanc yerlərinin spesifik elementlərinin tipoloji xüsusiyyətlərini Qafqaz Albaniyası abidələrinin digər nümunələri ilə qarşılaşdıraraq öyrənirik. Maddi mədəniyyət nümunələrinin araşdırılması ilə paralel olaraq yerlərdə xalq yaddaşında qorunub saxlanılan alban izlərini daşıyan etnik-folklor komponentlərini, inancları, ziyarətgahları və şifahi ənənələri canlı daşıyıcılardan - yerli əhalidən qeydə almaq üçün sorğu və müsahibə metodlarından istifadə edirik. Toponimik və linqvistik araşdırmalardan da istifadə edərək bölgədəki qədim toponimləri müqayisəli şəkildə təhlil edirik.

– Tədqiqat coğrafiyanız kifayət qədər genişdir. Konkret hansı kəndlərdə işlər aparılıb və xristianlıq dövrü Albaniyasına dair hansı maddi irs qeydə alınıb?

– Biz rayonun çox geniş bir arealını əhatə etmişik. Qalacıq, İstisu, Qoşakənd, Ağbulaq, Mollaisaqlı, Hacıhətəmli, Hapıt, Ruşan, Vəng, Qalagah, Kürdeldarbəyli, Tubukənd, Sülüt, Gənzə kimi qədim yaşayış məskənlərində sistemli çöl tədqiqatları həyata keçirmişik. Bu araşdırmalar nəticəsində bölgənin çoxqatlı etnik tarixinə dair tamamilə yeni antropoloji materiallar üzə çıxarılıb, mühüm etnoqrafik informasiyalar əldə edilib.

Tarixən Qafqaz Albaniyasının mühüm dini-mədəni areallarından biri olmuş İsmayıllıdakı məbəd qalıqları və spesifik memarlıq elementləri xristianlıq dövrü Albaniyasının mühüm göstəriciləridir. Xüsusilə də adıçəkilən kəndlərdəki qədim qəbiristanlıqlarda qarşılaşdığımız alban etnosunun birbaşa izlərini daşıyan bərabər tərəfli xaç nişanlı qəbir daşları bu bölgənin qədim alban tayfalarının sıx məskunlaşdığı əsas mərkəzlərdən biri olduğunu bir daha təsdiqləyir.

– Hazırda davam edən çöl tədqiqatlarında praktiki olaraq nə kimi işlər görülür və işçi qrupunuz hansı istiqamətdə tədqiqatlar aparır?

-Praktiki işlərə gəldikdə isə hazırda çöl tədqiqatlarını intensivləşdirdiyimiz sahə İsmayıllı rayonunun müasir dövrdə müəyyən demoqrafik çətinliklər (miqrasiya, əhalinin azalması və s.) yaşayan, lakin tarixi və təbii nöqteyi-nəzərdən ən unikal kəndləri sayılan Tubukənd və Gənzə kimi qədim məskənlərdir. Elmi heyətimiz hazırda bu kəndlərdə mədəni varislik zəncirini bərpa etmək üçün intensiv antropoloji sorğular keçirir, qədim abidələrin və qəbirlərin vizual-antropoloji pasportlaşdırılmasını aparır. Yəni biz bir növ zamana qarşı yarışırıq ki, bu itmək təhlükəsi olan etnoqrafik yaddaşı vaxtında elmi dövriyyəyə qazandıraq. İnanırıq ki, ekspedisiyamızın tam yekun nəticələri Azərbaycan tarixinə çox dəyərli, yeni elmi töhfələr bəxş edəcək.

Müxbir - Xatirə Cəfərova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib