Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
Bakı, 10 iyun, AZƏRTAC
Rumen Radev hökumətin Bolqarıstan ordusundan Ukraynaya silah tədarükünü dayandırdığını bildirib.
AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Baş nazir bu gün keçirilən kabinet iclasında çıxışı zamanı deyib. Radev qeyd edib ki, ölkə artıq kifayət qədər maliyyə, resurs ayırıb və müharibənin sosial-iqtisadi yükü artmaqda davam edir.
Onun sözlərinə görə, Bolqarıstan münaqişənin hərbi deyil, diplomatik yolla həllini dəstəkləyir. Radev, həmçinin vurğulayıb ki, ölkənin prioriteti vətəndaşların təhlükəsizliyi və ordunun müdafiə qabiliyyətinin gücləndirilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]