“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı
Bakı, 10 iyun, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, təhsil və hüquq sahəsində fəaliyyət göstərən mütəxəssislər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və digər qonaqlar iştirak edirlər.
Müxbir - Səbinə Əlizadə
Fotoqraf - İlkin Cavanşirov
Operator - Namiq Abdullayev