Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə yaponiyalı həmkarı Toşimitsu Motegi arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Yaponiyada keçirilən görüşdə nazirlər 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddətdə ikitərəfli münasibətlərin inkişafını alqışlayıb, yüksəksəviyyəli səfərlər və siyasi məsləhətləşmələr də daxil olmaqla fəal və səmərəli siyasi dialoqun vacibliyini təsdiqləyiblər.

Hər iki nazir bu səfərin iki ölkə arasında diplomatik münasibətlərin daha da möhkəmləndirilməsi üçün imkan yaratdığını vurğulayaraq, diplomatiya və iqtisadiyyat da daxil olmaqla bir sıra sahələr üzrə əməkdaşlığı dərinləşdirmək niyyətlərini təsdiqləyiblər.

Azərbaycan tərəfi Yaponiyanın Rəsmi İnkişaf Yardımını (RİY) təqdir etdiyini və Yaponiya ilə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu ifadə edib.

Yaponiya tərəfi Azərbaycanın sabitliyinin və rifahının bütövlükdə Qafqaz regionunda sülhün təmin olunması baxımından əhəmiyyətini qəbul edib və hər iki tərəf iqtisadi sahədə əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəlib.

Yaponiya tərəfi Azərbaycan tərəfinin turizmin təşviqi, iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi məqsədilə Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli qaydada vizasız rejim tətbiq etmək qərarını alqışlayıb. Tərəflər vətəndaşlarının qarşılıqlı səyahətlərini asanlaşdırmağa davam edəcəklərini təsdiqləyiblər.

Tərəflər iki ölkə arasında ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsi məqsədilə 2025-ci ilin sentyabr ayında keçirilmiş Azərbaycan-Yaponiya Birgə İqtisadi Komitəsinin 12-ci iclasını məmnunluqla qeyd edib və növbəti iclasın yaxın zamanda keçirilməsinin zəruriliyini təsdiqləyiblər.

Yaponiya-Azərbaycan İnvestisiya Sazişi üzrə 2019-cu ilin fevral ayında başlamış danışıqlarda indiyədək əldə edilmiş irəliləyiş məmnunluqla qeyd edilib və onun yaxın zamanda bağlanması məqsədilə danışıqların sürətləndirilməsi barədə razılığa gəlinib.

Tərəflər dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqi məqsədilə Birgə Kreditləşdirmə Mexanizmindən (BKM) istifadə olunmasına və BKM Birgə Komitəsinin ilk iclasının yaxın zamanda keçirilməsinə razılıqlarını ifadə ediblər. Həmçinin regional və daha geniş əlaqəliliyin gücləndirilməsinə yönəlmiş Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığın vacibliyi barədə razılığa gəliblər.

Bundan əlavə, tərəflər yapon şirkətlərinin iştirak etdiyi “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarının işlənməsi və Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə iki ölkə arasında uzunmüddətli və sıx əməkdaşlıq münasibətlərinin mövcudluğu faktını yüksək qiymətləndiriblər. Bu, tərəflər arasında səmərəli qarşılıqlı əməkdaşlığın əhəmiyyətli faydalarını və müsbət nəticələrini nümayiş etdirir.

Eyni zamanda, tərəflər mövcud beynəlxalq şəraitdə sabit enerji təchizatı baxımından Azərbaycanın mühüm rolunu bir daha təsdiqləyiblər. Azərbaycanmənşəli xam neftin sabit təchizatının qorunması da daxil olmaqla, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi niyyətlərini ifadə ediblər, dəniz təhlükəsizliyinin vacibliyini vurğulayıblar.

Habelə tərəflər iqtisadi dayanıqlılığa, iqtisadi təhlükəsizliyə və daha geniş beynəlxalq mühitə təsir göstərən son inkişaflarla bağlı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

Tərəflər beynəlxalq platformalarda, o cümlədən beynəlxalq təşkilatlarda seçkilər ilə bağlı ikitərəfli əməkdaşlığın davam etdirilməsini təsdiqləyib, həmçinin daimi, eləcə də qeyri-daimi üzvlük kateqoriyalarının genişləndirilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının islahatının tezliklə həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərmək əzmlərini ifadə ediblər.

Bundan əlavə, tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, o cümlədən bütün dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini vurğulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər

Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb

Siyasi şərhçi: Naxçıvan blokadadan tranzit və enerji qovşağına çevrilmə mərhələsinə qədəm qoyur

Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib