“Şəfa” klubu növbəti transferini reallaşdırıb
Bakı, 10 iyun, AZƏRTAC
“Şəfa” daha bir transferi reallaşdırıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
O, son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın sabiq üzvü icarə əsasında “Səbail”in də formasını geyinib.
Qeyd edək ki, “Şəfa” daha əvvəl qapıçı Nicat Mehbalıyev və müdafiəçi Rauf Hüseynlini heyətinə cəlb edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:43]