Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Mütəxəssis:  Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Bakı, 10 iyun, AZƏRTAC

Milli Məclisdə müzakirə olunan sosial şəbəkələrdən istifadə ilə bağlı qanun layihəsi uşaqların rəqəmsal mühitdə qorunması istiqamətində atılan mühüm addımlardan biridir. Sənədin əsas məqsədi azyaşlıların onlayn təhlükələrdən müdafiəsini gücləndirmək, onların təhlükəsiz rəqəmsal mühitdə fəaliyyətini təmin etmək və sosial şəbəkələrdən istifadənin yaratdığı riskləri minimuma endirməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Rizvan Fikrətoğlu bildirib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində uşaqların rəqəmsal mühitdə qorunmasına yönəlmiş oxşar təşəbbüslər həyata keçirilir və Azərbaycanın da bu istiqamətdə addım atması beynəlxalq təcrübəyə uyğun yanaşmadır. Qanun layihəsinin mühüm üstünlüklərindən biri uşaqların zərərli məzmunlardan qorunmasına xidmət etməsidir. 16 yaşdan aşağı şəxslərin yaş məhdudiyyəti tətbiq olunan platformalara çıxışının məhdudlaşdırılması onların zorakılıq və aqressiv məzmunla qarşılaşma riskini azalda bilər.

“Qanun layihəsində sosial şəbəkə platformalarının məsuliyyətinin artırılması da xüsusi əhəmiyyət daşıyır. Əgər platformalar yaşın yoxlanılması, təhlükəsizlik tədbirlərinin tətbiqi və zərərli məzmunun silinməsi ilə bağlı konkret öhdəliklər daşıyırlarsa, bu, məsuliyyətin yalnız valideynlərin üzərində qalmasının qarşısını alır. Belə yanaşma rəqəmsal təhlükəsizlik sahəsində daha səmərəli nəzarət mexanizmlərinin formalaşmasına şərait yarada bilər. Qanun layihəsində nəzərdə tutulan müddəalar valideyn nəzarətinin güclənməsinə də imkan yaradır. 16-18 yaş arası istifadəçilər üçün xüsusi təhlükəsizlik rejimlərinin tətbiqi, hesabların daha məxfi şəkildə idarə olunması, naməlum şəxslərlə əlaqələrin məhdudlaşdırılması, reklam və məlumat toplama fəaliyyətinin məhdudlaşdırılması, həmçinin ekran vaxtına nəzarət imkanlarının genişləndirilməsi müsbət nəticələr verə bilər”, – deyə mütəxəssis qeyd edib.

O, şəxsi məlumatların qorunmasının da sənədin vacib istiqamətlərindən biri olduğunu vurğulayaraq deyib: “Azyaşlılar çox vaxt paylaşdıqları məlumatların gələcək nəticələrini tam şəkildə dərk etmirlər. Məlumatların toplanması və emalına əlavə məhdudiyyətlərin qoyulması onların gələcəkdə məxfilik problemləri ilə üzləşməsi riskini azalda bilər. Qanun layihəsi ilə bağlı bəzi dairələr tərəfindən ifadə azadlığı və informasiya əldə etmək hüququ ilə bağlı suallar səsləndirilə bilər. Lakin nəzərə almaq lazımdır ki, söhbət azyaşlıların müdafiəsi məqsədilə tətbiq edilən tədbirlərdən gedir. Burada məqsəd uşaqları rəqəmsal mühitdən tam təcrid etmək deyil, onların təhlükəsizliyini təmin etməkdir. Ona görə də məsələyə qadağa prizmasından deyil, müdafiə mexanizmi kimi yanaşmaq daha doğru olar”.

R.Fikrətoğlu qanunun tətbiqi zamanı müəyyən texniki və praktik çətinliklərin də yarana biləcəyini, sosial şəbəkələrin böyük əksəriyyətinin xarici şirkətlər tərəfindən idarə olunduğunu da xatırladıb. “Təcrübə göstərir ki, bəzi hallarda uşaqlar doğum tarixlərini dəyişərək, valideynlərin hesablarından istifadə edərək və ya VPN kimi vasitələrdən yararlanaraq məhdudiyyətləri keçə bilirlər. Buna görə də yaşın yoxlanılması mexanizmlərinin effektivliyi gələcəkdə müzakirə mövzularından biri olacaq. “TikTok”, “Facebook” və digər platformaların milli qanunvericiliyin tələblərini hansı səviyyədə və necə icra edəcəyi ayrıca hüquqi və texniki məsələdir. Bu istiqamətdə müəyyən çətinliklərin yaranması istisna deyil. Qanun layihəsinin əsas məqsədi uşaqların rəqəmsal təhlükəsizliyini artırmaq və onları müxtəlif risklərdən qorumaqdır. Sənəd beynəlxalq tendensiyalara uyğundur və xüsusilə azyaşlıların şəxsi məlumatlarının qorunması, kibertəhqir hallarının qarşısının alınması və zərərli məzmun risklərinin azaldılması baxımından müsbət nəticələr vəd edir. Qanunun uğuru, ilk növbədə, yaşın yoxlanılması mexanizmlərinin necə qurulacağından, məxfilik hüququnun necə qorunacağından və tətbiq mexanizmlərinin texniki baxımdan nə dərəcədə işlək olacağından asılı olacaq. Əks halda bəzi məhdudiyyətlər formal xarakter daşıya və uşaqlar tərəfindən asanlıqla yan keçilə bilər. Ümumilikdə isə hesab edirəm ki, qanun layihəsi düzgün icra olunarsa, uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək. Bunun üçün yalnız hüquqi tənzimləmələr deyil, valideynlərin, məktəblərin, dövlət qurumlarının və sosial şəbəkə platformalarının birgə fəaliyyəti də vacibdir”, – deyə ekspert əlavə edib.

Müxbir - Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib