Gürcüstan Prezidenti: Ümidvaram ki, ABŞ-la münasibətlərimiz dinamik şəkildə davam edəcək
Tbilisi, 7 fevral, AZƏRTAC
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ABŞ-ın vitse-prezidenti Cey Di Vens və ABŞ-ın Dövlət katibi Marko Rubio ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, görüşdə ABŞ ilə Gürcüstan arasındakı ortaq dəyərlər diqqət mərkəzində olub.
“ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Dövlət katibi Marko Rubio ilə söhbət etmək imkanı əldə etdik. Çox səmimi görüşümüz oldu. Bilirsiniz ki, milli maraqlar və ailə dəyərləri də daxil olmaqla, mövcud administrasiya ilə ortaq dəyərlərimiz var. Cey Di Vens Gürcüstanın xristianlığa tarixi münasibətini bildirdi, ortaq dəyərlərimizin olduğunu vurğuladı. Ümid edirəm ki, münasibətlərimiz qarşıdakı illərdə dinamik şəkildə davam edəcək”, - deyə Kavelaşvili bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]