Sabahın hava proqnozu açıqlanıb
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 8-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-90 %, gündüz 75-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-4, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [19:28]
Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]