DÜNYA


Cakartada toqquşmalar zamanı 6 nəfər ölüb, 200 nəfər yaralanıb

Bakı, 22 may, AZƏRTAC

Cakartada nümayişçilərlə polisin toqquşması nəticəsində 6 nəfər ölüb, 200 nəfər yaralanıb. Bu barədə “Detik” portalı Cakartanın qubernatoru Anis Basvedana istinadla məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qubernator yaralıların xəstəxanaya yerləşdirildiyini bildirib. İndoneziyanın hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsi Dedi Prasetio “Kompas” telekanalına müsahibəsində deyib ki, mitinqlərdə asayişi qoruyan polislərə odlu silah verilməyib.

Çərşənbə axşamı müxalifətin namizədi Prabovo Subiantonun tərəfdarları Cakartanın mərkəzində prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyası keçiriblər. Seçkinin nəticələrinə görə, hazırkı prezident Coko Vidodo qalib gəlib.

Dinc nümayiş gecə polislə toqquşmaya çevrilib və polis gözyaşardıcıdan istifadə etmək məcburiyyətində qalıb. “The Jakarta Post” qəzetinin yaydığı məlumata görə, etirazçılar bir neçə avtomobili yandırıb, polislərin yaşadıqları yataqxanalardan birində yanğın törədiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.