İQTİSADİYYAT


Cari ildə 1,5 milyon tondan çox dizel yanacağı istehsal edilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 542,5 min ton dizel yanacağı, 852,1 min ton avtomobil benzini, 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 356,8 min ton ağ neft, 42,4 min ton yanacaq mazutu, 19 min ton sürtkü yağları, 251,9 min ton neft bitumu və 147,6 min ton neft koksu istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 3 rübdə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 257,3 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 5,5 faiz azalıb.

Neft mәhsullarından sürtkü yağlarının istehsalı 10,5 faiz artıb.

Neft-kimya sәnayesindә istifadә üçün benzinin istehsalı 20 faiz, neft koksunun istehsalı 21,9 faiz, ağ neftin istehsalı 22,5 faiz, yanacaq mazutunun istehsalı isə 55,4 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.