İDMAN


Cüdo üzrə milli komanda üçün yeni qaydalarla bağlı seminara başlanılıb

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyası (ACF) Bakı Olimpiya Stadionunda yerləşən "Neftçi" İdman Klubunun təlim-məşq mərkəzində Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2022-2024 Olimpiya dövrü üçün elan etdiyi yeni qaydalar haqqında seminara başlayıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidzenin keçdiyi seminarın ilk günündə böyüklərdən ibarət yığma komanda, hakimlər, məşqçilər iştirak ediblər.

Seminarda tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ölkədaxili yarışlarda bu ilin mart ayından yeni qaydaların tətbiqinə başlanacaq. Təlimdə, həmçinin bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, yanvarın 25-də - seminarın ikinci günündə “Atilla” və “Cüdo 2012” idman klublarının təlim-məşq mərkəzlərində keçiriləcək seminara qadınlardan və yeniyetmələrdən ibarət yığma komandalar, onların məşqçiləri və hakimlər heyəti, eləcə də, müxtəlif klub, idman cəmiyyətləri, təşkilatların məşqçiləri də qatılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.