ELM VƏ TƏHSİL


DİM: Qəbul imtahanlarında üçüncü ixtisas qrupunun DT altqrupu üzrə 342 nəfər 600-dən yuxarı bal toplayıb

Bakı, 12 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında üçüncü ixtisas qrupunun DT altqrupu üzrə 342 nəfər 600-dən yuxarı bal toplayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat III ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bildirilib ki, bunlardan 319 nəfər Azərbaycan bölməsi, 23 nəfər isə rus bölməsinə aiddir.

İmtahan nəticələrinə əsasən III ixtisas qrupunun DT altqrupu üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 13 min 796, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 16 min 572 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.