SİYASƏT
DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDUNDA GÖRÜŞ OLMUŞDUR
Mayın 7-də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Türkiyə Respublikasının əmək və sosial təminat naziri Murat Başesgioğlu ilə görüşmüşdür.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Səlim Müslümov qonağı səmimi salamladıqdan sonra Azərbaycan dövlətinin vətəndaşların sosial müdafiəsi sahəsində siyasətindən danışmış, Fond, onun strukturu, yerli təşkilatları barədə ətraflı məlumat vermişdir.
Murat Başesgioğlu nümayəndə heyətinin üzvlərini təqdim etmiş, qardaş Türkiyədə sosial müdafiə işinin təşkili haqqında söz açmışdır.
Tərəflər bir-birini maraqlandıran suallara cavab vermişlər.
Səlim Müslümov görüşdən xatirə olaraq Murat Başesgioğluna Azərbaycan haqqında ensiklopedik məlumat toplanmış kitab hədiyyə etmişdir.