DÜNYA
D.Peskov: Rusiya dövlətlərin ərazi bütövlüyünün qorunub saxlanmasına tərəfdardır
Moskva, 26 sentyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani ilə telefon danışıqlarında İraq Kürdüstanında referendum ilə bağlı məsələləri müzakirə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Rusiyanın bu məsələ ilə bağlı mövqeyi dəyişməyib. Onun ölkəsi həmişə olduğu kimi, dövlətlərin ərazi bütövlüyünün qorunub saxlanmasına tərəfdardır. D.Peskovun fikrincə, bu, Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin dəstəklənməsi üçün vacib şərtdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]