CƏMİYYƏT


DYP hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə çağırıb

DYP hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə çağırıb

Bakı, 7 fevral, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, müraciətdə deyilir: “Cəmiyyətdə geniş yayılmış və insanların narazılığını doğuran pozuntuların, o cümlədən yol hərəkəti və yol hərəkəti təhlükəsizliyi qaydaları əleyhinə olan hüquqpozmaların qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən başlanılmış tədbirlər 2023-cü il ərzində də davam edir.

Qarşıda duran əsas vəzifə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən media nümayəndələrini cəlb etməklə yol hərəkəti iştirakçıları ilə nəzarət-profilaktik və maarifləndirmə xarakterli tədbirlərin keçirilməsidir.

Bu ilin yanvarından başlayan və ilin sonunadək həyata keçirilməsi planlaşdırılan işlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklama, həmçinin təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, uşaq travmatizminin minimuma endirilməsi, sürücülərin piyadalara yol verməməsi, eləcə də piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, avtoxuliqanlıq, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının qarşısının alınması tədbirlərini əhatə edir.

Hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması və ictimai maraqların qorunmasında fəal iştiraka dəvət edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.