Daha 12 tələbə “Azercell”in təqaüdünə layiq görülüb
AzerTAg.az
Bakı, 24 sentyabr (AZƏRTAC). Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom”un “Tələbə” proqramının bu il üzrə nəticələri açıqlanıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, proqramın çoxmərhələli seçimləri nəticəsində daha 12 tələbə “Azercell”in təqaüdünə layiq görülüb. Bu tələbələr ali təhsil müddətinin sonunadək 200 manat məbləğində aylıq təqaüd almaqla yanaşı, şirkətin korporativ tədbirlərində, müxtəlif təlimlərdə iştirak edəcək və təcrübə keçəcəklər. Proqramın qalibləri sırasında Qafqaz Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və digər ali məktəblərin tələbələri yer alıb.
Proqramın məqsədi istedadlı və öz intellekti ilə seçilən tələbələrə xüsusi qayğı göstərmək, onların gələcəkdə yüksək ixtisaslı mütəxəssis kimi formalaşmasına dəstək olmaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var