DÜNYA
Dariqa Nazarbayeva “Nur Otan” partiyasının siyasi şurasının tərkibindən çıxarılıb
Bakı, 28 yanvar, AZƏRTAC
Qazaxıstanın hakim “Nur Otan” partiyasının siyasi şurasının tərkibində dəyişiklik edilib.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, partiyanın ali nümayəndəlik orqanının tərkibi 55 faiz yenilənib. Ölkənin sabiq prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva şuranın yeni tərkibinə daxil edilməyib.
Siyasi şuranın yeni üzvlərinin mətbuatda dərc olunmuş siyahısında partiya sədrinin birinci müavini Bayırjan Baybekin və sabiq baş nazir Askar Maminin də adları yoxdur. Bununla yanaşı, partiyanın nizamnaməsində də dəyişiklik olunub.
Xatırladaq ki, “Nur Otan” partiyasının növbədənkənar XXI qurultayının qərarına əsasən, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yekdilliklə partiyanın sədri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]