DÜNYA


Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib

Astana, 20 mart, АZƏRTAC

Martın 20-də Qazaxıstan parlamenti Senatının sədri vəzifəsinə seçkilər keçirilib.

AZƏRTAC xəbər verir ki, Dariqa Nazarbayeva gizli səsvermə yolu ilə Qazaxıstan parlamenti Senatının sədri seçilib.

Qeyd edək ki, Dariqa Nazarbayeva 2015-ci ilin sentyabrında Baş nazirin müavini vəzifəsinə təyin edilib. Buna qədər isə o, parlamentin vitse-spikeri vəzifəsində çalışıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.