REGİONLAR


Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Gəncədə vətəndaşları qəbul edib

Bakı, 19 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Gəncədə bu şəhərdən olan vətəndaşları qəbul edib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbula gələnlər mülkiyyət hüquqlarının qeydiyyatı, kadastr, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqləşdirilməsi, torpaqların təyinatının dəyişdirilməsi, işə qəbul və s. məsələlər barədə müraciət ediblər. Qəbulda bəzi məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri barədə məlumat və əsaslandırılmış izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.