CƏMİYYƏT
Daxili Qoşunların şəhid hərbi qulluqçusu Anar Məmmədovun məzarı ziyarət edilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Saatlı Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının şəhid hərbi qulluqçusu Anar Məmmədovun məzarını ziyarət ediblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.
Sonra isə şəhidimizin yaşadığı ünvanda olan qonaqlar A.Məmmədovun keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıblar.
Bildirilib ki, şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və heç bir zaman unudulmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:11]
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib
- 26.04.2024 [14:05]
Ölkə ərazisində sabit hava şəraiti davam edəcək
- 26.04.2024 [14:02]
“Bilim hər yerdə” layihəsi Laçında
- 26.04.2024 [13:47]
“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib
- 26.04.2024 [13:12]