MƏDƏNİYYƏT


“Dəhşətli Ağdaban faciəsi” adlı videoçarx təqdim olunub

Bakı, 8 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası 1992-ci il aprelin 8-də baş vermiş dəhşətli Ağdaban faciəsi haqqında hazırladığı videoçarxı təqdim edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, “Dəhşətli Ağdaban faciəsi” adlı videoçarxda Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən rayonunun Ağdaban kəndində törədilmiş soyqırımı haqqında yazılı informasiya fotoların müşayiəti ilə nümayiş edilir.

Qeyd edək ki, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Ermənilər tərəfindən tarixi və mədəniyyət abidələrimiz dağıntıya məruz qalıb, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunaraq məhv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.