ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunda gənc ixtiraçıların sərgisi açılıb
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda gənc ixtiraçıların sərgisi açılıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bu elmi müəssisə və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil edilib. Sərgidə gənc ixtiraçıların əl işləri - gəmi, təyyarə, raket və digər qurğular nümayiş olunub.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov gənc kadrların yetişməsi istiqamətində görülən işlərdən söz açıb, istedadlı uşaqların sərgilərinin təşkil olunmasının vacibliyini vurğulayıb.
Sonda sərgidə iştirak edən müsabiqə qaliblərinə diplomlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:49]
BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir
- 26.04.2024 [15:35]
Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar
- 26.04.2024 [15:15]
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
- 26.04.2024 [15:09]
Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib
- 26.04.2024 [14:55]
Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub
- 26.04.2024 [14:43]