DÜNYA
“Despacito” mahnısının klipi “YouTube” tarixində ən çox izlənən video oldu
Bakı, 5 avqust, AZƏRTAC
Puertorikolu ifaçı Luis Fonsi və repçi Deddi Yanki tərəfindən ifa olunmuş “Despacito” mahnısına çəkilmiş klip “YouTube” portalında son yeddi ayda üç milyarda yaxın baxış sayı toplayıb və saytın tarixində ən çox izlənən video olub.
AZƏRTAC “The Guardian” nəşrinə istinadla xəbər verir ki, bu göstərici ötən ay ən çox baxış sayı yığmış repçi Uiza Xəlifə və Çarli Putun “See you again” klipini üstələyib. Hazırda “Despacito” klipinə baxış sonuncu göstəricidən üç milyon daha çoxdur.
“Despacito” mahnısı “Billboard Hot 100” mahnı çartında 12 həftədir ki, birinciliyi qoruyub saxlayır. İyul ayında mahnıya 4,6 milyard dəfə qulaq asıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]