CƏMİYYƏT
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edəcək
Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 19-da Yevlax şəhərində Mingəçevir, Ağdaş, Yevlax və Bərdə rayonlarının sakinlərini qəbul edəcək.
Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbul Yevlax şəhəri Heydər Əliyev Mərkəzində (Yevlax şəhəri, Nizami küçəsi, 61) saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etməlidirlər.
DQİDK-nın bölgə şöbə müdiri: Natiq Əfəndiyev. Telefon (050) 211-68-89, (022) 33-6-55-95, e-mail: [email protected].