SİYASƏT


Dmitri Savelyev: Qonaqpərvərlik Azərbaycanın milli sərvətidir

Moskva, 15 may, AZƏRTAC

Bakıya ən müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin nümayəndələri gəlir, bu halda heç kəs Azərbaycanda özünü qərib hiss etmir, ən səmimi qəbulla qarşılaşır.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib. Onun sözlərinə görə, Azərbaycan qlobal miqyaslı idman, mədəni və siyasi tədbirləri ən yüksək səviyyədə təşkil etməyi bacardığını əməli surətdə sübut edib.

Rusiyalı deputat deyib: “İki il bundan əvvəl Avropa Futbol Federasiyaları Assosiasiyası final matçlarının keçirilməsi üçün üç şəhər arasında seçim apararkən haqlı olaraq məhz Bakının namizədliyi üzərində dayandı. Mən özüm tez-tez Azərbaycanda oluram və açıq deyə bilərəm ki, bu ölkədə qonaqpərvərlik ab-havası milli sərvətdir: azərbaycanlılar son dərəcədə xeyirxah və səmimi insanlardır. Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroftsun fikrincə, gözəl Bakı şəhəri ingiltərəli fanatların xoşuna gələcək. Mən isə tam əminəm ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç, necə deyərlər, hava şəraitindən asılı olmayaraq, dostluq ruhunda baş tutacaq, çünki idman ilk növbədə sülh və yalnız bundan sonra rəqabət deməkdir”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.