DÜNYA


Donald Tramp: ABŞ Meksika ilə sərhədi həmişəlik bağlaya bilər

Bakı, 26 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp, vacib olacağı təqdirdə, Birləşmiş Ştatların Meksika ilə sərhədi həmişəlik bağlaya biləcəyini deyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ prezidenti, həmçinin Latın Amerikası ölkələrini vətəndaşlarının Birləşmiş Ştatlara qanunsuz mühacirəti ilə bağlı fəaliyyətsizlikdə ittiham edib.

“Meksika əksəriyyəti cinayətkarlardan ibarət olan mühacirləri öz ölkələrinə geri qaytarmalıdır. Bunu təyyarə, avtobus və istənilən vasitələrlə edin, onlar ABŞ ərazisinə daxil olmayacaq. Lazım gələrsə, sərhədi müddətsiz bağlayacağıq. Konqres səddin tikintisini maliyyələşdirir”, - Donald Tramp özünün “Twitter” səhifəsində belə yazıb.

Noyabrın 25-də amerikalı sərhədçilər Meksika ilə sərhəddəki San-Dieqo şəhəri yaxınlığında yerləşən və əsas mühacir axınının keçdiyi “San-İsidro” buraxılış məntəqəsini müvəqqəti olaraq bağlayıb. Hazırda Meksikanın Aşağı Kaliforniya ştatında Birləşmiş Ştatlarla sərhəddə ABŞ-a keçməyə çalışan minlərlə qaçqın cəmlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.