ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi “Cambridge Assessment English” imtahanlarının keçirilməsinə dair lisenziya əldə edib

Bakı, 4 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) “Cambridge Assessment English” (CAE) beynəlxalq qiymətləndirmə qurumu ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində 2021-ci ildən etibarən ölkə üzrə CAE rəsmi test mərkəzlərindən biri kimi fəaliyyət göstərməyə başlayıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, DİM CAE rəsmi test mərkəzlərindən biri kimi “Cambridge English Qualifications”, “Cambridge English Teaching” və “LinguaSkill” imtahanlarını təklif edir, həmçinin müraciət əsasında “Cambridge English Placement Test” imtahanını da təşkil edə bilər.

DİM-in CAE test mərkəzində təklif edilən imtahanlar aşağıdakılardır:

- A2 Key

- A2 Key for Schools

- B1 Preliminary

- B1 Preliminary for Schools

- B2 First

- B1 Business Preliminary

- B2 Business Vantage

- C1 Business Higher

- TKT Modules

Qeyd edək ki, CAE dünyanın qabaqcıl kvalifikasiya və imtahanlarını ingilis dilini öyrənənlər və müəllimlər üçün təklif edir. Hər bir imtahan iştirakçıların danışıq, yazı, oxu və dinləmə bacarıqlarını CEFR (Common European Framework of References for Languages) səviyyələrinə uyğun şəkildə qiymətləndirir. CAE kvalifikasiya və imtahanları dünya miqyasında 25 mindən çox təşkilat, universitet və qurum tərəfindən qəbul edilir.

CAE imtahanları barədə daha ətraflı məlumatı DİM-in səhifəsində yerləşdirilmiş keçiddən əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.