REGİONLAR


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri İmişlidə vətəndaşları qəbul edib

İmişli, 26 sentyabr, Mahir Babayev, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir, onların müraciət və təklifləri dinlənilir, operativ həlli üçün konkret tədbirlər görülür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 26-da İmişlidəki Heydər Əliyev Mərkəzində İmişli, Füzuli, Beyləqan, Zərdab, Bərdə, Tərtər, Ağcabədi və Ağdam rayonlarından olan sakinləri və bu rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünləri qəbul edib.

Əvvəlcə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Görüşdə vətəndaşlar ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və digər məsələlərlə əlaqədar müraciətlər ediblər.

Qəbul zamanı DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı, qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar yaradılan şəraitdən razılıqlarını ifadə edərək, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.