ELM VƏ TƏHSİL


Dövlət Neft və Sənaye Universiteti ilə “AzET və LAEİ” MMC arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsinin professor-müəllim heyəti ilə “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyətində (“AzET və LAEİ” MMC) görüş keçirilib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, görüşdə Neft-mexanika fakültəsinin dekanı dosent Əli Hikmət Əhmədov universitetdə həyata keçirilən islahatlar, elm, təhsil və beynəlxalq əlaqələr üzrə əldə olunan nailiyyətlər, yeni texniki-texnoloji ixtisaslar üzrə fakültədə mütəxəssis hazırlığı istiqamətində Avropa təhsil standartlarına uyğunlaşan tədris proqramlarının məzmunu, ingilis dilində tədris, ikili diplom proqramları, ixtisasların akkreditasiyası, “Lazer Mərkəzi”, həmçinin startap layihələrindən söz açıb.

“AzET və LAEİ” MMC direktoru vəzifəsini icra edən dosent Aytək Babayeva müəssisədə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Laboratoriya Mərkəzinin direktoru Səbinə Əliyeva respublikada bu modulda yeganə olan 7 sahədən ibarət mərkəzin fəaliyyəti haqqında danışıb.

Sonra iki müəssisə arasında əməkdaşlığın perspektivləri ilə bağlı geniş müzakirələr aparılıb.

Professor-müəllim heyəti laboratoriyalarla tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.