İQTİSADİYYAT
Dövlət Xidmətinin nümayəndələri beynəlxalq konfransa qatılıb
Bakı, 17 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri Nottinqem Hüquq Məktəbinin Dövlət Satınalmaları Araşdırma Qrupunun “Dövlət Satınalmaları: Qlobal İnqilab XI” mövzusunda keçirdiyi konfransda iştirak ediblər.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, 300-dək nümayəndə və məruzəçinin iştirak etdiyi konfransda əsasən “Dünya Bankı - davamlı inkişaf üçün satınalmalar sahəsində qlobal tərəfdaşlıq, satınalmalarda davamlılıq, sosial və inklüziv satınalmalar, satınalma sisteminin müqayisəli təhlili, satınalmaların auditi, rəqəmsallaşma və süni intellekt” və digər mövzularda dinləmələr və müzakirələr aparılıb.
Qeyd edək ki, Nottinqem şəhərində keçirilən konfrans dövlət satınalmaları sahəsində mütəxəssisləri, o cümlədən dövlət satınalmaları sahəsində çalışan iri beynəlxalq təşkilatların nümayəndələrini, hüquqşünasları, eləcə də alimləri bir araya gətirən platformadır.