ELM VƏ TƏHSİL
Dövlət qulluğu üzrə müsahibədə uğur qazanmış 200-dən çox namizəd müxtəlif vəzifələrə uyğun bilinib
Bakı, 24 fevral, AZƏRTAC
Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AZƏRTAC DİM-in fevralın 24-ü saat 11:45-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 208 nəfər uğur qazanıb. Onlardan 122-si Qida Təhlükəsizliyi Agentliyində, 26-sı Təhsil Nazirliyində, 19-u Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, yerdə qalanlar isə digər qurumlarda müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3709 nəfər sənəd verib. Müsahibə mayın 4-də başa çatacaq.